Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI
15-03-2024, 09:46

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
2. Babək prospekti, mərkəz istiqamətində;
3. Zərifə Əliyeva küçəsində;
4. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyası istiqamətində;
5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
6. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən akademik Həsən Əliyev küçəsi istiqamətində;
8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.