Bu gün ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatacaq

15-03-2024, 12:16           
Bu gün ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatacaq
Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) qeyd olunan vaxta kimi DİM-in saytına daxil olub "Abituriyentin elektron ərizəsi”ni doldurmalı və təsdiq etməlidirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər isə bu gün saat 17:00-dək hər hansı bir SQK-ya müraciət edə bilərlər.

Qeyd edək ki, bu gün saat 11:30-a olan məlumata əsasən, 111373 abituriyent öz ərizəsini təsdiq edib. 5183 abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, hələlik təsdiq etməyib. Həmin abituriyentlərə də tövsiyə edilib ki, ərizənin təsdiqini təmin etsinlər.

Qəbul elanının tam mətni, Sənəd Qəbulu Komissiyalarının ünvanları, tələb olunan sənədlər və digər zəruri məlumatlarla buradan tanış olmaq mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru