“Xarici dövlət borcumuz 6,46 milyard dollardır”

15-03-2024, 12:31           
“Xarici dövlət borcumuz 6,46 milyard dollardır”
“2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 milyard ABŞ dolları artaraq 68,5 milyard dollar təşkil edib (ÜDM-in 95% səviyyəsindədir) və xarici dövlət borcunu 10 dəfədən çox üstələyir”.

Bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib.

Baş nazir qeyd edib ki, 2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 milyard ABŞ dolları olub və ÜDM-nin 8,9%-ni təşkil edib: “Milli iqtisadiyyatın inkişafında və ÜDM-nin artım tempində neft faktorunu xüsusi nəzərə almalıyıq. Bu baxımdan neft hasilatının sabitləşməsi istiqamətində işlər ciddi nəzarət ilə davam etdiriləcək. Ortamüddətli dövrdə qeyri neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır”.

Əli Əsədov əlavə edib ki, hesabat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3,3 milyard manat artırılıb ki, bu da ötən il Strategiyada nəzərdə tutulan hədəflərə çatmağa imkan verib.
Mənbə: qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru