15 manatlıq dərmanı necə 5 manata alaq? – TÖVSİYƏLƏR

16-03-2024, 08:04           
15 manatlıq dərmanı necə 5 manata alaq? – TÖVSİYƏLƏR
Aptekdə sadə bir dərman üçün getdikdə, eyni dərmanın müxtəlif versiyalarına rast gəlirik: istehsal ölkəsi, markası, firması, qiyməti və s.
Həkim və əczaçı çox zaman 10-15-20 manatlıq dərmanı tövsiyə edir.

Məsələn, adi aspirinin 2 manatlıq versiyası da var, 7 manatlıq da.
Bir təzyiq dərmanını eyni molekul ilə 3-5 şirkət istehsal edirı. Hətta birində 5 manat, digərində 10 manat ola bilər.
“Medicina” müalicə üçün dərman preparatının analoqlarını daha sərfəli qiymətə necə əldə etməyin sirlərini açır. Bütün dərmanları 2 qrupa bölülər: orijinal və ceneriklər.
Orijinal preparatın hazırlanmasına milyonlarla dollar vəsait, elmi araşdırmalar sərf olunub.
Ona görə bu dərmanlar baha olur. Çünki əsas ilk şirkət bütün bu xərcləri gəlirlə birgə geri almalıdır.
Bu dərman kütləvi satışa çıxandan sonra digər şirkətlər o tərkibdə dərmanları istehsal edir, lakin adı və istehsal zavodu fərqli olur. Təbii ki, belə dərmanların qiyməti daha ucuz olur. “Kopya preparatlar” sıfırdan hazırlanmır, elmi araşdırma xərcləri olmur, sadəcə hazırı götürüb istehsal edirlər. Sadəcə ona fərqli ad, marka adı və s qoyulur. Amma cenerik preparatlarda da orijinal molekul istifadə olunur. Sadəcə, cenerik şirkətlər öz preparatının orijinalla eyni və keyfiyyətli olmasını sübut etməlidir, bu isə kifayət qədər asan və ucuz başa gəlir. Ona görə də siz normal ölkə, zavod istehsalı olan cenerik dərmanları da ala bilərsiz. Sadəcə dərmanın qutusunda yazılan iri hərflərlə ada yox, daha kiçik hərflərlə yazılan tərkib, molekul adına baxın. Ya da əzcaçıdan xahiş edin ki, bu dərmanın ekvivalenti olan daha ucuz vasitəni təklif etsin. Əmin olun ki, 18 manatlıq dərmanın 3 manatlıq alternativi var. Necə ki, 25 manata da D vitamini var, 4 manata da.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.