Lənkəranda sərnişin avtobuslarının əksəriyyəti istismara yararsızdır - VİDEO

18-03-2024, 12:34           
Lənkəranda sərnişin avtobuslarının əksəriyyəti istismara yararsızdır - VİDEO
Yayda içəriyə toz-duman dolur, qışda isə yağış damır.

Xezerxeber.az-ın məlumatına görə, Lənkəranın mərkəzi bazarından gün ərzində 45-dən çox avtobus rayonun kənd və qəsəbələrinə sərnişin daşıyır. Lakin marşrut avtobuslarının əksəriyyəti köhnə və sınıq-salxaq vəziyyətdədir.

Sakinlər bildiriblər ki, sərnişin avtobusları köhnə olduğundan yağış yağarkən avtobusun içərisinə su dolur.

Avtobusların yeniləri ilə nə zaman əvəzlənəcəyini öyrənmək məqsədi ilə “Lənkəran-Sərnişin” Açıq Səhmdar Cəmiyyətinə müraciət edilib.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru