Sumqayıtda ağacları qəsdən qurudurlar? - VİDEO

18-03-2024, 12:28           
Sumqayıtda ağacları qəsdən qurudurlar? - VİDEO
Sumqayıt şəhərində ağacları qurutmaq üçün dibinə neft tökülməsi ilə bağlı rəsmi açıqlama verilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov oxu.az-a bildirib ki, sözügedən məsələdən xəbərdardırlar və hazırda qurumun əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Sumqayıt şəhərində ağacların dibinə neft töküldüyü iddia edilir. Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Sumqayıt sakini iddia edir ki, şəhərin 17-ci mikrorayon ərazisində olan yaşlı ağacların quruması üçün diblərinə neft tökülüb.

Videonu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru