Kapital Bank ASC-in Xaçmaz rayon şöbəsi bizi rəsmən aldadaraq, ailə üzvlərimizə verilməli birdəfəlik kompensasiya pulunu verməmişdir.

19-03-2024, 15:33           
Kapital Bank ASC-in Xaçmaz rayon şöbəsi bizi rəsmən aldadaraq, ailə üzvlərimizə verilməli birdəfəlik kompensasiya pulunu verməmişdir.
Azərbaycan Respublikasının prezidenti
Hörmətli,
İlham Əliyev
cənablarına
Surəti: Azərbaycan Respublikasının
Məhkəmə -Hüquq Şurasına
Kapital Bank ASC-in sədri
Hörmətli,
Rövşən Allahverdiyev
cənablarına
Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, ailəli, üç övlad atası, təqaüdçü Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən, Azərbaycan Respublikası « Kapital Bank « Açıq Səhmdar Cəmiyyətinin sədri Rövşən Allahvediyev cənablarının qanunsuz hərəkətlərindən
Ş İ K A Y Ə T mob: 070. 7101821
19 dekabr 1991-ci il tarixdə ailə üzvlərimiz, anam Ağamirzəyeva Firuzə Ustar qizı SSRİ Əmanət Bankının Xaçmaz rayonun Xudat şəhər Əmanət kassasına 40 min rubl ( qırx min rubl ), həyat yoldaşım Ağamirzəyeva Bəsti Əmrullah qızı ( həmin kassaya ) 40 min rubl, ( qırx min rubl ) oğlum Ağamirzəyev Rövşən Hacımirzə oğlu 20 min rubl, ( həmin kassaya ) əmanət yerləşdirmişdir.
Azərbaycan Respublikası prezdentinin 14 mart 2012-ci il tarixli fərmanını nəzərə alaraq, iyun 2012-ci il tarixdə hər üçü onlara veriləcək birdəfəlik kompensasiya pulunun alınması məqsədilə, Kapital Bank Açıq Səhmdar Cəmiyyətin Xaçmaz rayon Kapital Bank şöbəsinə rəsmi ərizə ilə müraciət etməsinə baxmayaraq, onlara prezident fərmanına uyğun olaraq verilməli birdəfəlik kompensasiya pulu qanunsuz olaraq, Azərbaycan Respublikası Prezdentinin 14 mart 2012-ci il tarixli məlum fərmanın tələbləri Bank rəhbərliyi tərəfindən bilərəkdən kobudca pozulmaqla kompensasiya pulu verilməmişdir.
Xaçmaz Kapital Bank şöbəsinin qanunsuz hərəkətlərindən narazı qaldığımıza görə, Azərbaycan Respublikasının Maliyyə naziri, Hörmətli, Samir Şərifov cənablarına, Kaptal Bank ASC-in rəhbərliyinə, həmçinin, təkrarən Kapital Bank ASC-in Xaçmaz rayon şöbəsinin rəhbərliyinə müraciət edilmişdir.
Ailə üzvlərimiz, Ağamirzəyeva Firuzə Ustar qızı, Ağamirzəyeva Bəsti Əmrullah qızı, Ağamirzəyev Rövşən Hacımirzə oğlu 10 avgus 2012-ci il tarixdə Kapital Bank ASC-in Xaçmaz rayon şöbəsinin rəhbərliyinə müraciət edərək, ailə üzvlərimiz tərəfindən naməlum şəraitdə itirdiyi əmanət kitabçanı əvəz edən dublikat kitabçanın verilməsi və ailə üzvlərimizə verilməli birdəfəlik kompensasiya pulunun qaytarılması barədə 10 avgust 2012-ci il tarixli rəsmi ərizə ilə müraciət etsə də, ailə üzvlərimizə Xaçmaz Kapital bank şöbəsinin müdiri Hakim Abbasov, baş mühasib Rafiq Müzəffərov cənabların imzaları və bank möhürü ilə təsdiqlənmiş 20 fevral 2013-cü il tarixli, 273 və 274 saylı aşağıda qeyd edilmiş məzmunda qeyri obyektiv cavab göndərmişdir:
« Sizin 10 avgut 2012-ci il tarixli müraciət ərizəniz əsasında arxivin bazasında araşdırma aparılmışdır və araşdırma nəticəsində adınıza olanəmanət kitabçası 01.03.1991-ci il tarixli qərardan sonra açılmışdır və həmin göstərilən tarixdən sonra açılan əmanət kitabçalarına kompensasiya hesablanmır.
Belə ki, Azərbaycan Respublikası prezidentinin 14 mart 2012-ci il tarixli, 602 saylı fərmanın tələblərinə əsaslanmaqla, əmanətçilərə 01.yanvar 2012-ci il tarixə keçmiş əmanətlərə görə bank rəhbərliyi əmanətlərə görə birdəfəlik kompensasiya pulu ödəməli olduğu halda, bank rəhbərliyi rəsmən 20 fevral 2013-cü il tarixli qeyri obyektiv cavabı ilə rəsmən ailə üzvlərimizi aldadaraq, 14 mart 2012-ci il tarixli fərmanın tələblərinə uyğun olaraq ailə üzvlərimizə qaytarmalı birdəfəlik kompensasiya pulunu qaytarmamışdır.
Belə ki, Azərbaycan Respublikasının prezdenti Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara almışdır:
1. 1992-ci il 01 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin bankın hüquqi varisi « Kapital Bank « ASC-də bu fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, bu fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq fərdi birdəfəlik ödəmələr verilsin.
Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi qaydalarına əsasən :
4.1-ci maddəsinin tələblərinə əsasən birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməlidir.
4.4-cü maddəsinin tələblərinə görə birdəfəlik ödəmə əmanətçinin arzusu ilə nəğd qaydada və onun digər bank hesabına köçürülmək yolu ilə verilir.
4.5-ci maddənin tələblərinə əsasən birdəfəlik ödəməni almış əmanətçinin banka qarşı bütün tələbləri təmin edilmiş hesab olunur və əmanətçinin əmanət qalıqları üzrə bank müqaviləsinə həmin məbləğ alındığı gündən xitam verilir.
Belə ki, ailə üzvlərimiz, anam Ağamirzəyeva Firuzə Ustar qızı, həyat yoldaşım Ağamirzəyeva Bəsti Əmrullah qızı, oğlum Ağamirzəyev Rövşən Hacımirzə oğlunun şəxsi ərizələri əsasında onlara məxsus bank hesabları bağlanaraq, xitam verilmədiyi halda, hansı əsasla Kapital Bank ASC-i rəhbərliyi ailə üzvlərimizə aid sənədlərin məhv edilməsinə sərəncam verməklə qanunla qorunan Konnstitusiya hüquqlarımızı kobudca pozmuşdur?
Ailə üzvlərimizə qarşı edilmiş ədalətsiz hərəkətlə əlaqədar, qanunsuz olaraq ailə üzvlərimizə qaytarılmalı birdəfəlik kompensasiya pulunun qaytarılması tələbi ilə, Kapital Bank ASC-nə qarşı 100 min rubl ( yüz min rubl ) əmanətə görə 6500 manat ( altı min beş yüz manat ) birdəfəlik kompensasiya pulunun qaytarılması tələbi ilə Nəsimi Rayon Məhkəməsində Kapital Bank ASC-nə qarşı mülki iddia qaldırılmış, həmin mülki iş hal-hazırda Nəsimi Rayon Məhkəməsinin hakimləri Vüsalə xanım Musayeva və Ramin Xəlilov cənablarının icraatındadır.
Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, Azərbaycan Respublikasının prezdenti Hörmətli, İlham Əliyev cənablarından pozulmuş ailə üzvlərimizin hüquqlarının bərpası məqsədilə aidiyyatı üzrə sərəncam verilməsi və Nəsimi Rayon Məhkəməsində məhkəmə baxışında olan ailə üzvlərimizin Kapital Bank ASC-nə qarşı iddia tələbinin ədalətli, obyektiv araşdırılmasının nəzarətə götürülməsini Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasından xahiş edirəm.
Qusar sakini Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu, Ağamirzəyeva Firuzə Ustar qızının, Ağamirzəyeva Bəsti Əmrullah qızının və Ağamirzəyev Rövşən Hacımirzə oğlunun Nəsimi Rayon Məhkəməsində etibarnamə əsasında səlahiyyətli nümayəndəsi

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.