“Space X” kosmosa raket göndərdi: Sakinlər heyrətamiz görüntülərə şahid oldular - FOTO/VİDEO

20-03-2024, 15:14           
“Space X” kosmosa raket göndərdi: Sakinlər heyrətamiz görüntülərə şahid oldular - FOTO/VİDEO
“Space X” şirkəti “Starlink” peyklərini daşıyan “Falcon 9” raketini kosmosa göndərib.

Buraxılış ABŞ-nin Kaliforniya ştatında Vandenberq Kosmik Qüvvələrinin bazasından həyata keçirilib.

Sakinlər səmada heyrətamiz görüntülərə şahid olublar.

Buraxılış şirkətin “X” hesabında da yayımlanıb və istifadəçilər “SpaceX”in səhifəsində hadisəni canlı izləyə biliblər.

“Falcon 9” buraxılışdan 10 dəqiqə keçməmiş Sakit Okeandakı pilotsuz gəmiyə uğurla eniş edib.

Xatırladaq ki, “SpaceX” şirkətinin müxtəlif layihələrinin ayrılmaz hissəsinə çevrilən “Falcon 9” fevral ayında pilotsuz Ay kosmik gəmisinin orbitə buraxılmasına kömək edib və nəticədə Aya çatan ilk özəl gəmi olub.







Mənbə: Azcentral.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru