Təqvimdə bayramdır, bəs süfrədə? - “İnsanlar bazara girməyə qorxurlar”

20-03-2024, 13:16           
Təqvimdə bayramdır, bəs süfrədə? -
Novruz Azərbaycan xalqının ən sevimli bayramlarından biridir.

Baharın gəlişini dörd çərşənbə özündə canlandırır. Novruzun digər bayramlardan fərqi ondadır ki, yeni fəslin gəlişindən öncə həyat üçün vacib dörd ünsür – su, od, yel və torpaq çərşənbələri keçirilir.

Ancaq maraqlıdır ki, insanlarda getdikcə təmtəraqlı bayram mərasimlərinə maraq azalır.

Bunun səbəbi nə ilə bağlıdır?

Sosioloq Əhməd Rəhmanov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, qiymətlər çox bahadır, reallığı əks etdirmir:

"Bu gün sosial şəbəkələrə baxsaq, xəbər tutarıq ki, kənd əhalisi öz malını bazara çıxara bilmir. Çünki bu işdən faydası olan məmurlar monopoliya yaradıb. Mən bu yaxınlarda gördüm ki, şüyüd Azərbaycana İrandan gətirilir. Bu şəxslər xaricdən ucuz mal gətirirlər və bununla da birəbeş pul qazanırlar. Bunun müqabilində də Azərbaycanın yerli istehsalçısını “boğurlar”. Bu gün Azərbaycanı Aran rayonlarında yazdır, əslində torpaq becərilməlidir.

Amma rayonlarda su yoxdur. Azərbaycan artıq xarici qidadan asılı ölkəyə çevrilir. Biz xaricdən gələn qidanı saxlasaq, bərbad bir vəziyyət yaranar. Çünki yerli məmurlar rayonlarda insanları “boğur, onlar məhsul əkib-becərə bilmirlər. Özləri də xaricdən malları ucuz gətirib satdırırlar".

O qeyd edib ki, bu səbəblərə görə, əhalidə ktləvi bayram əhval-ruhiyyəsi hiss olunmur:

“Bayramı ancaq imkanı yaxşı olanlar qeyd edir, insanlar qiymətə görə bazara girməyə qorxurlar".

Ləman İsmayıl
"Cebhe.info"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.