FED yenə uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb

21-03-2024, 10:54           
FED yenə uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi növbəti dəfə baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.

Bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.

Eyni zamanda, nizamlayıcı ABŞ-nin cari il üçün ÜDM artımı proqnozunu 1,4 %-dən 2,1 %-ə qədər yaxşılaşdırıb. 2025-ci ildə FED indi əvvəllər gözlənildiyi kimi 1,8 % deyil, 2 % artım proqnozlaşdırır.

FED ölkədə inflyasiya proqnozunu 2,4 % səviyyəsində saxlayıb, 2025-ci il üçün isə onu 0,1 % artıraraq 2,2 %-ə çatdırıb.

Xatırladaq ki, Federal Ehtiyat Sistemi yanvarın 31-də də baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlamışdı. Qərar komitə üzvləri tərəfindən yekdilliklə qəbul edilmişdi, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşmüşdü.

Qeyd edilir ki, bu göstərici son 23 ilin ən yüksək səviyyəsinə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru