Smart-kartlarda problem yaranıb? - VİDEO

21-03-2024, 11:43           
Smart-kartlarda problem yaranıb? - VİDEO
“Azərişıq” smart-kartına onlayn ödəniş etmək mümkündür. Amma onlayn ödəmə ilə bağlı problemlər var.

Vətəndaş çəkdiyi videoda bildirib ki, telefonundakı bank tətbiqindən “Azərişıq” smart-kartına onlayn qaydada ödəniş etsə də, məbləği sayğaca yükləyə bilmir. Gərək əlavə olaraq ödəmə terminalından karta minimum bir manat da daxil etsin ki, sonra sayğaca yükləmək mümkün olsun.

Bunu onlayn ödəmə adlandırmaq olarmı?

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, smart tipli sayğaclar iki növ ödəmə sistemini dəstəkləyir:

“SMS tiplilərdə balansartırma onlayn qaydada, smart tiplilərdə isə yalnız smart-kartla həyata keçirilir. Bəzi hallarda smart-kart sahibləri onlayn qaydada karta pul ödəyirlər ki, bu da çətinliklər yaradır. Abonentlərdən xahiş edirik ki, hər dəfə belə yanlış onlayn qaydada ödəniş etdikdə əvvəlki məbləğin karta köçürülməsi prosesini nəzarətdə saxlasınlar ki, yanlışlıq olmasın. Başqa sözlə, onlayn qaydada ödənilən məbləğ ödəmə terminallarında kart vasitəsilə balansartırma həyata keçirəndə kartın hesabına əlavə edilir”.

Daha ətraflı Baku TV-nin materialında:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.