Magistral kəmərlərlə nəql etdiyimiz neftin həcmi ARTIB

21-03-2024, 12:18           
Magistral kəmərlərlə nəql etdiyimiz neftin həcmi ARTIB
Yanvar-fevral aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 4,3 faiz artaraq 6 milyon 307,7 min ton təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Nəqletmənin 74,9 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmərlə neft nəqli iki faiz artaraq 4 milyon 725,1 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,2 faizini və ya 3 882,2 min tonunu Azərbaycanda hasil edilən neft, 17,8 faizini və ya 842,9 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru