Ölkə dalbadal bayram edəndə: İqtisadiyyata təsir etmir, ciblərə isə...

21-03-2024, 17:44           
Ölkə dalbadal bayram edəndə: İqtisadiyyata təsir etmir, ciblərə isə...
Azərbaycan bayram günlərinin sayına görə ön sıralarda olan ölkələrdən biridir.

Nazirlər Kabinetinin qərarına görə, 2024-cü ildə iş günü hesab edilməyən 19 bayram var. Qərara əsasən, 2024-cü il yanvarın 1-2-i Yeni il bayramı, martın 20,21,22,23,24-ü Novruz bayramı, aprelin 10,11-i Ramazan Bayramı, iyunun 16,17-si Qurban bayramı müəyyən edilib. Maraqlıdır ki, uzun bayram günləri, qeyri-iş günləri ölkə iqtisadiyyatına, eləcə də şəxsi büdcəyə necə təsir edir?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatının daha çox enerji sektoruna açıq olduğuna və xidmət sahəsindən asılı olduğuna görə bayramlar ölkə iqtisadiyyatına ciddi təsir etmir:


"Çünki enerji sektoru bayramlarda da işləyir. Bayramlar ailə büdcəsinə isə təsirsiz ötüşmür. Ailə xərcləri artır. Lakin statistik rəqəmlər olmadığı üçün bunu təsdiq etmək olmur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru