Ukraynanın dron hücumları Rusiyanın neft gəlirlərinə zərbə vurur

22-03-2024, 11:44           
Ukraynanın dron hücumları Rusiyanın neft gəlirlərinə zərbə vurur
Rusiyanın neft emalı zavodlarını hədəf alan Ukraynanın son dron hücumları Moskvanın emal gücünü əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, Kyiv və müttəfiqləri Rusiyanı əsas gəlir mənbəyindən məhrum etmək məqsədi güdürlər.

Ukraynaya məxsus dron Rusiyanın qərbindəki Ryazan neft emalı zavodunun üzərindən tüstü ilə dolmuş səmada uçur – geri dövrə vuraraq fabrikə çırpılır və böyük partlayışa səbəb olur.

Martın 13-də edilən hücum son zamanlarda Rusiyanın neft sənayesini hədəf alan bir sıra hücumlardan biridir. Kyiv yeddi fərqli neft emal zavodunu hədəf aldığını iddia edir. Berlində enerji konfransından Amerikanın Səsinə danışan analitik Tom O’Donnel deyir ki, onların çoxu Ukrayna ilə sərhəd bölgədə yerləşir.

“Müharibələrdə tanklar, yük maşınları və s. üçün çoxlu miqdarda dizel yanacağı tələb olunur. Ona görə də, həmin bölgə birbaşa olaraq müharibədə istifadə olunan dizelə görə cavabdehdir,” enerji və geosiyasət üzrə analitik Tomas O’Donnel deyir.

Hücumlar həmçinin Rusiyanın neftdən gəlirini azaltmaq məqsədi daşıyır. Bir digər dron zərbəsi martın 12-də Ukrayna sərhədindən təxminən 775 kilometr uzaqda yerləşən Nijni Novqorod bölgəsində neft emalı zavoduna endirilib.

“Oradakı neft emalı zavodlarını vurmaqla, onların ixrac etdikləri dizel – onlar əvvəllər demək olar ki, neft qədər dizel ixrac edirdilər – o, məhv edilir və onlar bundan pul qazanmaq istəyirlərsə, neftə keçməlidirlər,” O’Donnel deyir.

Reuters-in hesablamalarına əsasən, son dron hücumları Moskvanın ümumi neft emal gücünü gündə 370,5 min barel və ya ümumi həcmin təxminən 7 faizi qədər azaldıb.

Ukrayna prezidenti ordunun artan dron imkanlarını yüksək qiymətləndirib.

“Son həftələrdə artıq bir çoxları Rusiyanın müharibə maşınının zəifliklərinin olduğunu və bizim silahlarımızla həmin zəifliklərdən sui-istifadə ecə biləcəyimizi gördük,” o deyib.

Ukraynanın zərbələri Qərbin 2022-ci ilin dekabr ayında Kremlin gəlirini azaltmaq məqsədilə Rusiya neftinə tətbiq etdiyi qiymət həddinin təsirini artıra bilər.

Rusiya neftinin əksər hissəsi tankerlər və böyük bir qismi Baltika dənizi vasitəsilə ötürülür. O'Donnel deyir ki, bu da Ukraynanın müttəfiqləri üçün bir fürsətdir.

“Tankerlərin özləri çox köhnə və yetərsizdir. Onlar qanuni olaraq boğazlarda, Danimarka və İsveç arasındakı ərazi sularında dayandırıla və yoxlanıla bilər. Müfəttişlər də “Bu sığorta kifayət qədər yaxşı deyil” və ya “Bu gəmilər bu nefti daşımaq üçün lazımi keyfiyyətə malik deyil” deyə və onları geri göndərə bilər. Bu, dramatik bir müdaxilə olardı,” Enerji və Geosiyasət üzrə analitik Tomas O’Donnel deyir.

Dekabrdan bəri Böyük Yeddilər ölkələri Rusiya neftinin qiymət həddi ilə bağlı monitorinqlərini sərtləşdiriblər.

Kyiv və müttəfiqləri ümid edir ki, onların birgə səyləri nəticəsində Rusiyanın Ukraynaya hərbi müaxiləsini maliyyələşdirən əsas gəlir mənbəyi kəsiləcək.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.