Naxçıvanda sel: „Bəndi vaxtında açmadılar, sel həyətimi basdı“

24-03-2024, 11:14           
Naxçıvanda sel: „Bəndi vaxtında açmadılar, sel həyətimi basdı“
Martın 20-də Naxçıvana yağan güclü yağışdan sonra səlahiyyətli orqanları səhlənkarlığı ucbatından bir neçə həyəti sel basıb, sakinlərə maddi ziyan dəyib. Bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat veriblər. Ziyana düşənlərdən biri də Babək rayon Yarımca kənd sakini Elşən Hacıyevdir. O bildirir ki, kənd yaxınlığındakı su bəndi vaxtında açılmadığı üçün, sel kəndə yol alıb. Nəticicədə onun əkin sahəsi, ağacacları, su qusu və nasosu sıradan çıxıb. Elşən Hacıyev rayon rəhbərliyinə müraciət edərək, səhlənkarlıq üzündən ona dəymiş ziyanın ödənməsini tələb edir.
İki gün davam edən güclü yağıntıdan sonra yerli FHN məlumat yayaraq, selin qarşısının alındığını, zərərin aradan qaldırıldığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru