Məbləğ artırılacaq - Hazırda 90 manatdır - VİDEO

24-03-2024, 15:08           
Məbləğ artırılacaq - Hazırda 90 manatdır - VİDEO
Azərbaycanda ezamiyyə xərcləri artırılacaq.
TEREF xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov deyib ki, son altı ildir ezamiyyə xərcləri və tarifləri dəyişmir.

Faktiki olaraq həm daxildə, həm də xaricdə ezamiyyə xərcləri kifayət qədər aşağıdır. Başqa sözlə, müəyyən edilən vəsait ezamiyyədə olan şəxslərin xərclərini qarşılamır.

Mövcud qaydalara əsasən, Bakıda gündəlik ezamiyyə xərci 90, iri şəhərlərdə 70, digər rayonlarda isə 65 manatdır. Xarici ölkələr və həmin ölkələrin paytaxtları üçün nəzərdə tutulan ezamiyyə xərlcərinin də aşağı olduğu bildirilir.

Millət vəkili deyir ki, bu vəsait əksər hallarda vətəndaşların ölkədaxili və xarici səfərlər zamanı xərclərini tam qarşılamadığı üçün müəyyən problemlər də yaradır.

Millət vəkilinin sözlərinə görə, ezamiyyə xərclərinin iki dəfəyə yaxın artırılması təklif edilir. Bunu özündə əks etdirən layihə artıq Nazirlər Kabinetinə də təqdim edilib.

Millət vəkili onu da qeyd edib ki, xüsusilə Avropa ölkələrində hər il ezamiyyə xərcləri inflyasiya dərəcəsinə uyğunlaşdırılır. Azərbaycanda da bu təcrübə tətbiq edilə bilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru