Floridadakı pivə bankaları adası satışa çıxarılıb

25-03-2024, 16:15           
Floridadakı pivə bankaları adası satışa çıxarılıb
ABŞ-də bahalı cənnət adlandırılan pivə bankaları adası 14 milyon dollara satışa çıxarılıb.

Ada ABŞ-nin Florida ştatının cənubundakı Keys arxipelaqında yerləşir və varlı turistlər arasında məşhurdur.

Biq-Payn-Ki adası 2017-ci ildə dörd sahibkar dostlar tərəfindən təxminən 64 min dollara (108,8 min manat) alınıb. İndi isə adada turistlər məskunlaşdığına görə onu 14 milyon dollara satmaq istəyirlər.

“Artıq qeyri-rəsmi ziyafət məkanı kimi tanınan adanı aldığımız zaman burada heç bir şərait və kommunikasiya yox idi. Onun sahiblərinin adanı sata bildiklərinə görə çox şad olduqları görünürdü”, - deyə biznesmen Rassell Lumis bildirib.

Kommunikasiya xəttləri qurulduqdan sonra adaya işlərinə fasilə vermək üçün qayıqçılar gəlməyə başlayıblar. Bir neçə il sonra Biq-Payn-Ki turistlər arasında məşhurlaşıb. Qayıqçılar özlərindən sonra çoxlu zibil qoyub gediblər. Bunlar əsasən pivə qutuları olub, buna görə də bu yer pivə qutuları adası adlanıb.

Hərrac martın əvvəlində başlayıb və 2024-cü il aprelin 1-də başa çatacaq.

Mənbə: Business Insider












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru