Azərbaycanda dəmiryolu ilə - YÜK DAŞIMALARI AZALIB – RƏQƏMLƏR AÇIQLANDI

25-03-2024, 18:13           
Azərbaycanda dəmiryolu ilə - YÜK DAŞIMALARI AZALIB – RƏQƏMLƏR AÇIQLANDI
Azərbaycan Dəmir Yollarının həyata keçirdiyi yük daşımaları azalıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Ölkənin dəmiryol daşımaları üzrə əsas operatorunun məlumatına görə, 2023-cü ildə Azərbaycanda dəmiryolları vasitəsilə 18 milyon 276 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 455 min ton və ya 2,5% azdır.

Qurumun rəqəmlərindən aydın olur ki, dəmir yolu vasitəsilə 2023-cü ilin 1-ci rübündə 4457 min ton, 2-ci rübdə 4692 min ton, 3-cü rübdə 4553 min ton, 4-cü rübdə isə 4573 min ton yük daşınıb.

2022-ci illə müqayisə etdikdə, 2023-cü ilin 1-ci rübündə yük daşımaları əvvəlki ilin eyni dövrünü üstələsə də, sonrakı rüblərdə yük daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb.

fed.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru