Xətai rayonunda piyadalar üçün quraşdırılmış işıqforlar işləmir - VİDEO

26-03-2024, 09:18           
Xətai rayonunda piyadalar üçün quraşdırılmış işıqforlar işləmir - VİDEO
Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsində piyadalar üçün quraşdırılmış işıqforların heç biri işləmir. Bu səbəbdən də piyadalar yolu keçmək istəyərkən təhlükə ilə üzləşirlər.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən yoldan mütəmadi istifadə edən piyadalar deyirlər ki, işıqforlar uzun müddətdir işləmir. Onların sözlərinə görə, bu səbəbdən də ərazidə piyadavurma halları tez-tez baş verir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, yaxın günlərdə əraziyə baxış keçiriləcək. Problemin səbəbi dəqiqləşdirildikdən sonra həlli istiqamətində müvafiq addımlar atılacaq.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru