Şəkidə avtomobil bir neçə il əvvəl paylaşılan görüntüyə görə duracağa aparılıb - YENİLƏNİB + VİDEO

26-03-2024, 16:09           
Şəkidə avtomobil bir neçə il əvvəl paylaşılan görüntüyə görə duracağa aparılıb - YENİLƏNİB + VİDEO
2021-ci ildə paylaşılan videogörüntüyə görə duracağa yerləşdirilən avtomobillə bağlı məsələyə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Oxu.Az-a bildirib ki, sosial şəbəkələrdə yeni paylaşılan avtoxuliqanlıq görüntüləri ilə əlaqədar həmin nəqliyyat vasitəsinin sahibi Nəbi Hüseynov polisə dəvət edilib.

“Araşdırma zamanı onun oğlu Oruc Hüseynovun etibarnamə olmadan idarə etdiyi VAZ-2106 markalı avtomobillə 2021-ci ildə rayon ərazisində avtoxuliqanlıq etdiyi məlum olub. Onunla profilaktik söhbət aparılıb, qanunvericiliyin tələbləri izah edilib və gələcəkdə belə hallara yol verməməsi barədə xəbərdarlıq olunub”, - M.Məsimov deyib.

00:00

Şəki sakininin avtomobili dörd il əvvəl paylaşılan videoya görə duracağa aparılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Şəki rayonunun Baş Laysqı kənd sakini Nəbi Hüseynovun başına gəlib.

Avtomobilin sahibi Nəbi Hüseynov deyir ki, iki gün əvvəl idarə etdiyi avtomobil polis əməkdaşları tərəfindən duracağa aparılıb.

Avtomobilinin hansı səbəbdən saxlanıldığını öyrənmək istəyən sürücüyə bildirilib ki, maşını ilə avtoxuliqanlıq edilib və bunun görüntüləri də ona təqdim olunub.

Nəbi Hüseynov bildirib ki, dörd il əvvəl lentə alınmış videoda avtomobili oğlu Oruc Hüseynov meşəlik ərazidə idarə edib və onun da sürücülük vəsiqəsi var.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, problemin araşdırılması üçün sürücü İdarənin dyp.gov.az internet saytına onlayn müraciət etməlidir.

Bundan sonra məsələ araşdırılacaq və hüquqi qiymət veriləcək.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.