Bakıda bəzi yerlərdə yeni parklanma tarifləri müəyyən edilib – Qiymətlər iki dəfədən çox artıb + FOTO

27-03-2024, 00:02           
Bakıda bəzi yerlərdə yeni parklanma tarifləri müəyyən edilib –
Paytaxtdakı Bakı Dəmiryol Vağzalının qarşısında, eləcə də “Qış parkı”nın altında yerləşən avtodayanacaqlarda fərdi avtomobillər üçün yeni parkinq tarifləri müəyyənləşib.

Dəmiryol Vağzalının qarşısında qiymətlər parklanma müddətinə əsasən müəyyən edilib.

Ərazidə quraşdırılan məlumat lövhəsində qeyd olunub ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuz olsa da, əlavə parkinq xidməti üçün ödəniş tələb olunacaq. Sürücülər parklanma müddəti 15-30 dəqiqə olduqda bir manat, 30-60 dəqiqə olduqda iki manat, 1-2 saat olduqda dörd manat, 2-3 saat olduqda altı manat, 3-5 saat olduqda 10 manat, 5-7 saat olduqda 14 manat, 7-10 saat olduqda 18 manat, 10-15 saat olduqda 22 manat, 15-20 saat olduqda 26 manat, 20-24 saat olduqda isə 30 manat ödəniş etməli olacaqlar.

“Qış parkı”-nın altında yerləşən avtodayanacaqda isə aylıq paketin qiyməti 2 dəfədən çox bahalaşıb. Əvvəl 12 saat üçün 30 manat ödəyən sürücülər aprelin 1-dən qüvvəyə minəcək dəyişiklikdən sonra 80 manat ödəməli olacaqlar. 24 saatlıq aylıq paketin qiyməti də iki dəfə bahalaşıb. Yeni tarifə əsasən, parkinq haqqı 60 manatdan 120 manata qədər artırılıb. Qonşular üçün isə aylıq tarif 50 manat müəyyən edilib.

Saatlıq tariflərə gəlincə, sürücülər parklanma müddətinə uyğun olaraq 1-2 saat üçün 1 manat, 2-4 saat üçün 2 manat,4-6 saat üçün 3 manat, 6-10 saat üçün 4 manat, 10-12 saat üçün 5 manat, 12-24 saat üçün isə 8 manat vəsait ödəyəcəklər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.