Kakao paxlasının qiyməti tarixdə ilk dəfə olaraq 10 min dolları ötüb

27-03-2024, 12:14           
Kakao paxlasının qiyməti tarixdə ilk dəfə olaraq 10 min dolları ötüb
Kakao paxlasının dünya qiymətləri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək əvvəlki qiymətdən bir neçə gün sonra yeni rekorda imza atıb.

Bu barədə “ICE Futures” birjasının məlumatlarında göstərilir.

Qeyd olunub ki, çərşənbə axşamı hərracda kakao paxlasının may fyuçersləri hər ton üçün 10,070 dollara yüksəlib.

İlin əvvəlindən kotirovkalar artıq 2,4 dəfə, son beş sessiyada isə 20%-dən çox artıb.

Belə ki, Kot-d'İvuarda El Nino fenomeninin yaratdığı anomal isti hava qiymətləri yüksəldir. Ölkə dünyanın ən böyük kakao tədarükçüsüdür. Bu arada, məhsula tələbat yüksək olaraq qalmaqda davam edir.

Qeyd edək ki, Afrikada kakao emalı zavodları qiymətlərin artması səbəbindən bağlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.