“Visa” və “Mastercard” uzun məhkəmə çəkişmələrindən sonra razılığa gəldilər

27-03-2024, 12:18           
“Visa” və “Mastercard” uzun məhkəmə çəkişmələrindən sonra razılığa gəldilər
“Visa” və “Mastercard” ABŞ-dakı şirkətlərə birbaşa təsir edəcək yeni antiinhisar razılaşması əldə ediblər.

İndex.az xəbər verir ki, “Visa” və “Mastercard” arasında olan razılaşma sayəsində, ABŞ-da kredit və debet kartı haqları məhdudlaşdırılacaq, pərakəndə satış şirkətləri təqribən 30 milyard dollar qənaət edə biləcək.

“Visa” tərəfindən edilən açıqlamada bildirilib ki, təxminən 20 il davam edən məhkəmə çəkişmələrindən sonra şirkət, 90%-dən çoxu kiçik biznes olan pərakəndə satıcılarla 2030-cu ilə qədər kredit və debet kartı haqlarının azaldılması və rüsumların məhdudlaşdırılması ilə bağlı mühüm razılaşma əldə edib.

“Mastercard”dan verilən açıqlamada isə şirkətin pərakəndə satış şirkətləri ilə kredit kartı haqlarının minimum 5 il azaldılması üçün razılığa gəldiyi qeyd edilib.

ABŞ mətbuatında yer alan xəbərlərdə deyilir ki, saziş pərakəndə satışçılara beş il ərzində təqribən 30 milyard dollar qənaət etdirəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.