Məktəblilərin sosial şəbəkəyə girişi məhdudlaşıdırılsın – TƏKLİF facebook

27-03-2024, 15:28           
Məktəblilərin sosial şəbəkəyə girişi məhdudlaşıdırılsın – TƏKLİF facebook
Azərbaycanda da duşaqların təhsil göstəricilərinə təsir edən sosial platformalarla bağlı tədbir görülməlidir.

Tribunainfo.az yazır ki, bu təkliflə təhsil eksperti Elçin Əfəndiyev çıxış edib. O bildirib ki, Türkiyədə artıq bununla bağlı tədbir görülməsi təklif edilib. Ekspertin sözlərinə görə, tezliklə belə bir tədbir görülməsə daha çox xoşagəlməz halların şahidi olacağıq:

“Tükiyədə uşaqların təhsil göstəricilərinə təsir edən sosial platformalarla bağlı tədbir görülməsi planlaşdırılır. Bu barədə nazir Yusif Təkin bildirib.
Fikrimcə, bizdə də buna ehtiyac var.

Bəlli tətbiqlərə məhdudiyyət qoyaraq gec olmadan övladlarımızı bataqlıqdan çıxartmalıyıq. Əks halda, bütün ölkəni Ağcəbədidəki vəziyyət gözləyir.
O Adəmə görə cənnətdən didərgin düşmüşük, barı bu Adəmlərə görə ölkəmizi tərk etmək məcburiyyətində qalmayaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru