Azərbaycanda fəaliyyət göstərən əksər tibbi sığorta təşkilatlarının əsas işi budur: işçiləri ağır xəstəliklərdən sığorta etməmək, imkan daxilində və qanunsuz bəhanələrlə sığorta ödənişlərindən qaçmaq.

28-03-2024, 11:14           
Azərbaycanda fəaliyyət göstərən əksər tibbi  sığorta təşkilatlarının əsas işi budur:  işçiləri ağır xəstəliklərdən sığorta etməmək, imkan daxilində və qanunsuz bəhanələrlə sığorta ödənişlərindən qaçmaq.
Nədən bu qədər normativ hüquqi aktların mövcud olmasına, dövlət tərəfindən tibbə və səhiyyəyə ayrılan maliyyə vəsaiti, tutulmalar və ödəmələr olduğu halda şəxslər, xüsusi ilə də içilər və yenə də xüsusən ağır xəstəliyə tutulan işçilər: əllərini ciblərinə salmadan, pul xərcləmədən, borc almadan, ev, torpaq və ya maşınlarını satmadan, müflis olmadan tibbi yardım alıb, müalicə ala bilmirlər?
NHMT sədr M. Qəhrəmanlının statusunda da qeyd olunub, sığorta olunmuş və müharibə veteranı olan işçi iş yerindən maddi yardım və tibbi sığorta almadan ağır xəstəlikdən vəfat edib
Azərbaycanda fəaliyyət göstərən əksər tibbi sığorta təşkilatlarının əsas işi budur: işçiləri ağır xəstəliklərdən sığorta etməmək, imkan daxilində və qanunsuz bəhanələrlə sığorta ödənişlərindən qaçmaq.
Mirvari xanımın qeyd etdiyi bu hallar xüsusi statusu olan müharibə veteranına aiddir, bəs digər işçilər? Müharibə veteranına belə münasibət olanda digər işçilərə necə olacaq. Şübhə etmirəm ki, sığorta olmasına baxmayaraq, yüzlərlə belə işçilər var ki, ağır xəstəliyə tutulduğu halda heç bir sığorta yardımı almadan acılar işində vəfat edirlər.
Mən hələ çox bahalı tibbi müayinə, müalicə xərclərindən, həkim məsuliyyətsizliyinə görə şikəst olan və ya vəfat edən şəxslərdən, insan olmayan həkimlərdən danışmıram.
Halbuki, aşağıda göstərilən və qüvvədə olan, bu normativ hüquq aktlar əsas verir ki, işçi və digər şəxslər heç bir xərc çəkmədən tibbi müalicə ala bilsinlər:
1. AR-sı Əmək Məcəlləsinin 12.-ci maddəsi: işçilərin əmək, maddi, sosial və digər məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisə əsasnaməsi və nizamnaməsinə və kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək - işəgötürənin əsas vəzifələrindən biridir.
2. Hər il Dövlət büdcəsindən səhiyyəyə və tibbə ayrılan maliyyə vəsaitləri.
3. İdarə və müəssisələrdə müəssisələrdə işçilərin tibbi sığortası.
4. İşçilərin idarə və müəssisələrdə bədbəxt hadisələrdən icbari tibbi sığortası.
5. Az istifadə olunsada könüllü tibbi sığorta
6. Müxtəlif maliyyə və ya xeyriyyə yardımları
7. Əmək müqaviləsi ilə işləyən işçilərdən 4 faiz olmaqla icbari tibbi sığorta haqları.
8. Mülki müqavilə ilə işləyən şəxslərdən hər ay 14 manat məbləğində icbari tibbi sığorta
Sual olunur, qanunlarla bu qədər dövlət təminatı olan işçilər nədən, o cümlədən də ağır xəstəlikdən pulsuz müalicə olmamalıdlr?
Azər Quliyev,
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.