Marketlərdə parkinq pullu oldu – 100 manat…

29-03-2024, 00:02           
Marketlərdə parkinq pullu oldu – 100 manat…
Paytaxtdakı iri supermarketlər də parkinqlər pulu olacaq.
Tribunainfo.az xəbər verir ki, artıq “Bravo” supermarketi bununla bağlı qiymətləri açıqlayıb.
Belə ki, supermarketin dayanacağında ilk 2 saat müştərilər üçün pulsuzdur. 2-4 saat 5 AZN, 4-6 saat 7AZN, 6-10 saat 10 AZN, 10-24 saat 20 AZN, aylıq abunə olmaq üçün isə 100 AZN ödəniş tələb olunur.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) balansında olan yeraltı parklanma məntəqələrində parklanmayla bağlı yeni tariflər müəyyənləşib. Lakin yeni parklanma qiymətləri baha olduğundan bir neçə gündür ki, bu, cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bununla yanaşı, Bakı Dəmir Yolu Vağzalı yaxınlığında, Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında da parklanma qiymətləri bahalaşıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru