Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

29-03-2024, 07:14           
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.

Bu barədə “Trend”ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı cəmi 2,1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral ayında qiymətlər 3,8 faiz artıb.

Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb - 5,1 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 2,6 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 3,7 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi 2023-cü ilin fevral ayına nisbətən 100,8 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 faiz, qeyri-qida məhsulları üzrə 101,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3 faiz təşkil edib. 2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru