Təzyiq, hədə qorxu və ya aldatma yolu ilə işçilərə yazdırılan ərizələrin heç bir hüquqi əsası yoxdur...

29-03-2024, 09:14           
Təzyiq, hədə qorxu və ya aldatma yolu ilə işçilərə yazdırılan ərizələrin heç bir hüquqi əsası yoxdur...
Praktikada: əmək münasibətlərində belə bir hallara da rast gəlinir. Təzyiq, hədə qorxu və ya aldatma yolu ilə işçilərə yazdırılır ki, onun bu və ya digər əmək münasibəti ilə əlaqədar əmək münasibətlərində olduğu müəssisəyə qarşı hər hansı bir iddiası yoxdur, gələcəkdə məhkəmə qaydasında və ya digər qaydada işlədiyi müəssisəyə qarşı hər hansı bir iddia qaldırmayacaq.
Bununla əlaqədar bildirirəm ki, bu qaydada tərtib olunan və işçilərin məhkəməyə İddia ərizəsi ilə müraciət etmək hüququnu məhdudlaşmaqla yazılan ərizə, izahat və ya razılaşmaların heç bir hüquqi əsası yoxdur. Belə ki:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: Əmək Məcəlləsində nəzərdə tutulan hallarda fərdi və kollektiv əməkmübahisələri, məhkəməyə müraciət etməkdən çəkinmək və yaranmış mübahisənin könüllü olaraq aradan qaldırılması məqsədi ilə tərəflərin özlərinin müəyyən etdikləri qaydada da həll edilə bilər. Lakin hər bir tərəfin məhkəməyə müraciət etmək hüququ heç bir halda, heç bir razılaşma ilə məhdudlaşdırıla bilməz
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən də, hər kəsin məhkəməyə müraciət etmək, hüquql və azadlıqlarının inzibati qaydada və ya məhkəmə qaydasında müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, hüquqi şəxslərin və vəzifəli şəxslərin hərəkət və ya hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
Azər Quliyev
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.