Rusiyadan çıxan şirkətlərin ziyanı açıqlandı - Kreml ölkədən gedənlərin aktivlərini dəyər-dəyməzinə alır

29-03-2024, 00:11           
Rusiyadan çıxan şirkətlərin ziyanı açıqlandı - Kreml ölkədən gedənlərin aktivlərini dəyər-dəyməzinə alır
Ukraynadakı müharibənin başlamasından sonra Rusiya ərazisindən çıxmaq qərarına gələn xarici şirkətlərə 107 milyard dollardan çox ziyan dəyib. Bu, vəsaitlərin silinməsi və gəlir itkisi üzündən baş verib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda deyilir ki, xarici şirkətlərin itkilərinin həcmi 2023-cü ilin avqustunda ötən illə müqayisədə 35 faizə yaxın artıb.

Qeyd olunur ki, Rusiya xarici aktivlərin satışında ən azı 50% endirim tələb edir və həmin şirkətlərin ölkədən çıxış tələblərini daim sərtləşdirir. Belə ki, 2024-cü ildə Shell, Yandex NV, HSBC və Polymetal International-ın aktivlərinin təxminən 10 milyard dollara satılacağı açıqlandı. Bu zaman endirimlər təxminən 90%-ə çatıb.

Ötən həftə isə Fransanın Danone şirkətinə Rusiyadakı aktivlərini satmağa icazə veriblər. Nəticədə fransızlar 1,3 milyard dollarlıq ümumi itki ilə üzləşiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.