Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı iş-xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur

29-03-2024, 11:38           
Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı iş-xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur
Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, işçilərin hər hansı iş-xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə AR - sı qanunvericiliyi ilə hansı inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulur?
1. AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə:
fiziki şəxslər -min manatdan iki min manat, vəzifəli şəxslər - üç min manatdan beş min manat, hüquqi şəxslər-iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
2. AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə — yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
3. Eyni əməllər təkrar törədildikdə-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
4. “Xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.
5. Bu əməli törətmiş şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Vəzifəli şəxslər cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.
Azər Quliyev,
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.