Yevlaxda dəmir yolu ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb? - FOTO

29-03-2024, 10:56           
Yevlaxda dəmir yolu ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb? - FOTO
Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmir yolunda aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb.
Yeniavaz.com-a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib və nəticədə uzun tıxaclar yaranıb.
“İşə, dərsə, həkimə tələsənlər çarəsiz qalıb. Guya keçiddə təmir aparılır. 2 kilometr uzunluğunda tıxac yaranıb. Düz 55 dəiqə yol bağlı qalıb. Bir nəfər də çıxıb bununla bağlı camaata açıqlama verməyib ki, nə məsələdir?”, - adının açıqlanmasının istəməyən sürücü bildirib.
Müraciət edənlər redaksiyamıza fotolar da təqdim ediblər.




Məsələ ilə bağlı Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, 28 mart 2024-cü il tarixində saat 12:00-14:00 arası Yevlax rayonunun Yuxarı Qarxun kəndində Yevlax-Xaldan avtomobil yolunun dəmir yolu ilə kəsişməsində yerləşən qorunan dəmir yolu keçidində planqrafik üzrə aparılacaq təmir işləri ilə əlaqədar 18 mart 2024-cü il tarixində müvafiq qurumlara, o cümlədən Yevlax Rayon Polis İdarəsinə yazılı müraciət edilib:
“Müraciətdə keçiddə avtomobil nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması zərurəti yarandığından, sözügedən saatlarda nəqliyyat vasitələrinin hərəkəti üçün alternativ yol kimi Xaldan-Ağdaş-Ləki, Yevlax-Ləki-Ağdaş avtomobil yolundan istifadə olunması təklif olunub”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.