Rusiya ilə MDB ölkələri arasında ticarət dövriyyəsi 5,8% artıb

30-03-2024, 09:24           
Rusiya ilə MDB ölkələri arasında ticarət dövriyyəsi 5,8% artıb
Rusiyanın MDB ölkələri ilə ticarət dövriyyəsi 2023-cü ildə 2022-ci ilin göstəriciləri ilə müqayisədə 5,8% artaraq 8,8 trilyon rubla çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bildirib.

"İxrac 5,1 trilyon rubl, idxal isə 3,7 trilyon rubl olub. Bu yaxşı göstəricidir. Bununla belə, ixrac potensialı yüksək olaraq qalır və bu genişlənəcək", - baş nazirin müavini MDB iştirakçısı olan ölkələrin Beynəlxalq İqtisadi Forumunun plenar iclasında vurğulayıb.

Overçuk əlavə edib ki, Belarus 44,8%, Qazaxıstan 27,4% və Özbəkistan 9,3% payla MDB ölkələrindən əsas ticarət tərəfdaşları olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru