AR-nın Əmək Məcəlləsinə əsasən, əmək münasibətlərində diskriminasiya hallarına yol verilməsi qadağandır.

1-04-2024, 13:26           
AR-nın Əmək Məcəlləsinə əsasən, əmək münasibətlərində diskriminasiya hallarına yol  verilməsi qadağandır.
AR-nın Əmək Məcəlləsinə əsasən, əmək münasibətlərində diskriminasiya hallarına yol verilməsi qadağandır.
1. Əmək münasibətlərində işçilər arasında: cinsinə, irqinə, vətəndaşlığına, dil və dininə, milliyyətinə, yaşına, əqidəsinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların vəgüzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
2. İlk olaraq onu bildirim ki, qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, AR-n işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların vəəlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
4. Praktika göstərir ki, hal hazırda əmək münasibətlərində ən böyük - diskriminasiya işçilərin əmək haqqı sahəsində olan fərqdir. Eyni müəssisədə: işçilər arasında eyni vəzifə və ya peşə üzrə, müxtəlif vəzifə və ya peşələr arasında olan kəskin və ya şişirdilmiş fərqdir.
5. Əmək münasibətlərində ikinci fərq və ya diskriminasiya eyni müəssisədə çalışan: xarici və yerli işçilər arasında xarici işçilərin yerli işçilərə münasibətdə əmək haqqının dəfələrlə artıq olmasıdır.
6. Əmək münasibətlərində üçüncü və daha çox rast gəlinən diskriminasiya isə dövlət büdcəsindən maliyyələşməyən idarə və müəssisələrdə pensiya yaşına az qalmış işçilərin müxtəlif təzyiq yolları ilə işdən azad olunması və ya işə qəbul edilməməsidir.
7. Əmək münasibətlərində daha çox rast gəlinən diskriminasiya hallarından biri də işçilərin işə qəbul edilməsi, vəzifədə irəli çəkilməsi hallarında dostluq və qohumluq əlaqələrinin daha çox rast gəlinməsidir.
8. Əmək münasibətlərində daha çox rast gəlinən diskriminasiya hallarından biri də işçilərin xarici dil bilməsi ilə əlaqədar işə qəbulu və ya imtinası ilə əlaqədardır.
9. Əmək münasibətləri prosesində işçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
10. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
Azər Quliyev.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.