Taksilərlə bağlı qərar "Lada"nın satışını sürətləndirmək üçün verilib? - AÇIQLAMA

1-04-2024, 16:28           
Taksilərlə bağlı qərar "Lada"nın satışını sürətləndirmək üçün verilib? - AÇIQLAMA
“Biz addım-addım, mərhələ-mərhələ işlərimizi görürük. Ölkəmizdə “Lada” istehsalına, yaxud hansısa layihəyə başlayanlar hər halda on dəfə ölçür, bir dəfə biçirlər. Çin avtomobilləri istehsalata və satışa görə dünyada ilk üçlükdədir. Halbuki onlar da əvvəlcə avtomobil qapılarının rezinlərini, bəzi plastmas hissələrin istehsalı ilə başlayıblar. Hazırda isə bu şirkətlər dünyada aparıcı avtomobilləri istehsal edirlər. Təbii ki, Azərbaycanı Çinlə müqayisə etmək düzgün olmaz. Amma ölkəmizdə istənilən istehsalı, istənilən formada aktivliyi, layihəni müsbət qiymətləndirirəm. Elə bir zaman gəlib çıxacaq ki, biz də bahalı avtomobillər olmasa da, ucuz və orta qiymətli avtomobillər istehsal edə biləcəyik”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Deputat Azərbaycanda taksilərlə bağlı məhdudlaşdırmanın kökündə “Lada” satışını sürətləndirmək məqsədinin dayandığı barədə iddialara isə belə cavab verib: “Maşın nə qədər ucuz olsa, bu, taksi sürücülərinə də, sərnişinlərə də sərf edəcək. Taksilərlə bağlı məlumatlar diqqətlə toplanıldıqdan sonra dəqiq nəsə demək olar... ”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.