Bir-birilərini itiham etməkdənsə birgə səyləri gücləndirmək daha doğru olardı

2-04-2024, 10:34           
Bir-birilərini itiham etməkdənsə birgə səyləri gücləndirmək daha doğru olardı
İnnovasiyalara və startap ekosistemə cavabdeh olan dövlət qurumları böhranlı vəziyyətdən birgə çıxış yolları aramaq əvəzinə mediada bir-birini yıxıb sürüməklə məşğuldur.
Biri digərini bəyənmir.
Baxıram ki, İRİA-ya yaxınlığı olanlar, innovasiya və ekosistemlə bağlı beynəlxalq statistikalarda çox aşağı mövqe qazanmağımızı bu beynəlxalq qurumlara Azərbaycan tərəfdən doğru informasiya verilmədiyi ilə izah etməyə çalışırlar.
Xatırladıram ki, ekosistemlə bağlı beynəlxalq reytinqləri ölçən qurumlardan birinin -StartupBlink -in Azərbaycandan partnyoru da ASAN-dır.
Düşünürəm ki bu tip yanaşmalar qüsurludur.
Daha doğru olardı ki, İRİA, ASAN və KOBİA maraqlı tərəfləri də cəlb edərək bir araya gəlsin, mənasız ittihamlara son qoyulsun, resursları bizdən az olmasına baxmayaraq regionda daha üstün mövqe qazanan ölkələrə diqqət yetirilsin, həqiqətən də xoşagəlməz vəziyyətdə olan innovasiya və startap ekosistemin problemlərinin həlli istiqamətində birgə səylər gücləndirilsin.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru