Mehriban Əliyeva jurnalisti müalicə etdirəcək

25-05-2015, 22:32           
Mehriban Əliyeva jurnalisti müalicə etdirəcək
Heydər Əliyev Fondu ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, xərçəndən əziyyət çəkən jurnalist Gülər Məmmədovanın müalicəsini öz üzərinə götürüb.

Bu barədə məlumatı Murad Hüseynov Facebook-da paylaşıb.

- Əziz dostlar, Sizə bizim ailəyə olan dəstəyinizə görə dərin təşəkkürümü bildirirəm. Gülər üçün etdiyiniz dualara, bizim göstərdiyiniz maddi dəstəyə görə minnətdaram. Bu çətin günlərdə bizi tək buraxmayan insanlar – Allah Sizdən razı olsun. Bu axşam Sizə bizim ailə üçün çox vacib və şad xəbəri çatdırmaq istəyirəm. Heydər Əliyev Fondu Gülərin müalicəsini tam olaraq öz üzərinə götürdü. Bir azərbaycanlıya, bir Azərbaycan vətəndaşına dəstəyinə görə Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümü bildirmək istəyirəm. Mehriban xanım Sizə özümün, Gülərin, ailəmizin 2 kiçik üzvü – Osman və Ayanın, eləcə də bütün dostlarımızın adından minnətdarlığımı bildirmək istəyirəm. Siz bir daha humanistliyinizi, çətin gündə hər bir azərbaycanlının yanında olduğunuzu nümayiş etdirdiniz. Təşəkkür edirəm!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru