Nurçular «Şahzadə» restoranlar şəbəkısinı böyüdürlər

27-05-2015, 21:55           
Nurçular «Şahzadə» restoranlar şəbəkısinı böyüdürlər
Fətullah Gülənin ən yaxın adamlarından biri olan Muharrem Menekşe «Şahzadə» restoranlarını ölkənin hər yerində açmağa hazırlaşır

Türkiyədə Fətullah Gülən tərəfdarlarının həbsindən sonra sıranın Azərbaycana da gələcəyi gözlənilən idi. Ankara rəsmiləri rəsmi Bakı ilə danışıqlardan sonra Gülənə bağlı və onun maliyyə qaynaqları sayılan bir sıra təhsil ocaqlarının bağlanılmasına və bəzi iş adamlarının isə nəzarət altına alınması reallaşdı. Amman urçu camaatının üzvlərinin sayı o qədər çoxdur ki, bu şəkildə davranışlar onların zərərsizləşdirilməsi üçün yetərli deyil.

JAM.AZ xəbər verir ki, nurçuların Türkiyədə sıxışdırılmasından sonra Gülən camaatı Azərbaycana xüsusi bir diqqət göstərməyə başlayıblar. Məqsəd isə Azərbaycanda güclənib, daha sonra başqa adlar altında yenidən Türkiyəyə daşınmaqdır. Məsələn, AAAF Zirvə tikinti şirkəti kimi. Onlar da nurçu olduqlarından artıq Azərbaycan şirkəti adı ilə Türkiyədə tenderlər udur, bəzi işlər görürlər.

Amma Azərbaycanda nurçuların daha bir şəbəkəsi var ki, onlar ölkə daxilində fəaliyyətlərini genişləndirməyə çalışırlar. JAM.AZ-a verilən məlumata görə, hazırda Bakıda 4 şöbəsi olan «Şahzadə» restoranı yaxın vaxtlar üçün bu şəbəkəni genişləndirməyə hazırlaşır. Bu şəbəkəyə rəhbərlik edən isə Fətullah Gülənin Azərbaycanda ilk təmsilçilərindən olan, hazırda da onun ən sədaqətli maliyyə qaynaqlarından sayılan Muharrem Menekşedir. Gülən camaatı arasında «Muza» ləqəbi ilə tanınan Menekşe Azərbayanda güclənərək, özünün emissarları vasitəsi ilə Türkiyəyə daşınmaq istəyir. Və hazırda bu nurçuların əsas strateji hədəflərindən biri sayılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.