Mingəçevirdə tanınmış aktyor və təşkilatçıdan növbəti xeyriyyə aksiyası...
27-05-2015, 23:20
Mayın 27-də Mingəçevir şəhərində Əlil və Kimsəsiz Uşaqların Nevroloji Sanatoriyasında aktyor İbrahim Türksoy və “İdeal Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin doğum gününün 92-ci və Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 97-ci il dönümü ilə əlaqədar xeyriyyə tədbiri keçirilib. Mütəmadi olaraq, keçirilən tədbirlərin əsas məqsədi imkanlı şəxslərin və cəmiyyətin diqqətini valideynlərindən məhrum olmuş uşaqlara və yardıma ehtiyacı olan insanlara üzərinə çəkməkdir. Tədbirin maliyyə dəstəkçiləri “IBO Show” Studiyası (“İBO Şou") və İdeal Gənclər” İB-nin üzvü Qənifə Yusifovadır. KİV nümayəndələri, musiqiçilər, müğənilər Xutrayev Pərviz, İmranli İmran, İsmayılov Vüqar, Musayev Vüsal Mehdi Seyidov. Aktyorlar Rizvan Əzimzadə Asim Muxtarovda tədbirdə könüllü olaraq, iştirak ediblər. İbrahim Türksoy və Qənifə Yusifova kimsəsiz uşaqlara paltar, müxtəlif hədiyyələr və gündəlik tələbat mallarını təqdim ediblər. Təşkilatçılar tədbirin reklam yox, təbliğat xarakterli olduğunu bildiriblər. Növbəti xeyriyyə tədbirinin yaxın aylarda baş tutacağı diqqətə çatdırılıb və insanlar valideynlərindən məhrum olmuş kimsəsiz uşaqlara dəstək olmağa çağrılıb,
Mingəçevir Murad Rza Oğlu