Raqub Məmmədovun “təhsil+yığım planı”
28-05-2015, 01:46
Ağdamda Təhsil Şöbəsinin müdirinin vakant yerinə 300 min manat təklif olsa da icra başçısı Raqub Məmmədov bu təklifi qəbul etmir. Niyə?
Ağdam rayonundan Gunxeber.com-a daxil olan məlumata görə, icra başçısı Raqub Məmmədov bir aydan çox boş qalan təhsil şöbəsi müdiri vəzifəsinə öz adamını gətirmək qərarı verib.
İcra hakimiyyətindəki etibarlı mənbənin iddiasına görə, Raqub Məmmədov rayona başçı təyinatı aldıqdan sonra sinif yoldaşı Rahil Allahverdiyevi keçmiş şöbə müdiri Elmira Şükürovanın müavini təyin etdi. İndi isə Elmira Şükürova vəzifəsindən çıxarılıb və Kəlbəcər təhsil şöbəsinin müdiri təyin olunub. Ancaq 1 aydan çoxdur ki, Ağdam təhsil şöbəsi müdiri vəzifəsi boş qalıb və hazırda şöbənin haqqında yazdığımız “qəhrəman”ı Rahil Allahverdiyev əəvəzedici olaraq bu vəzifəni həyata keçirir.
Məsələ ilə bağlı məlumat verən mənbə bildirir ki, Rahil Allahveriyevin şöbə müdiri olması əslində lap əvvəldən Raqub Məmmədovun planına daxil olub. Lakin yaxşı “oyunçu” olması ilə seçilən icra başçısı hazırda bəzi manverlər etməklə məşğuldur. Belə ki, hazırda Ağdam Təhsil Şöbəsi rəhbəri vəzifəsinə 5 iddiaçı var və Raqub Məmmədov onların hər biri ilə görüşdə “şöbə müdiri olacaqsan” sözünü verib. Mənbəmiz qeyd edir ki, şöbə müdiri vəzifəsi üçün ilkin qiymət 200 min manatdan başlayır. Amma artıq rəqabət böyüdükcə qiymətdə qalxıb və 250 min manat olub. Əldə etdiyimiz son məlumata görə, iddaçılardan biri məzənnəni 300 minə qaldırıb. Amma Raqub Məmmədov bu məbləği də qəbul etməyib.
Əslində isə Raqub Məmmədovun rayon təhsil şöbəsi müdiri vəzifəsi ilə bağlı şəxsi planının olduğu deyilir. Gunxeber.com-u məlumatlandıran mənbə bildirir ki, həmin planda təhsil şöbəsi müdiri vəzifəsi sinif yoldaşı Rahil Allahverdiyevə verilməsi nəzərdə tutulur. Mənbə bildirir ki, Rahil Allahverdiyev ziyalı olmaqla bərabər həm də adı heç vaxt korrupsiyada hallanmayan, kasıb bir şəxsdir. Raqub Məmmədov Rahil Allahverdiyevin bu xsusiyyətlərini nəzrərə alaraq onu şöbəə müdiri təyin edəcək. İcra başçısı sinif yoldaşını şöbə müdiri təyin etməklə əslində rayon təhsilindəki maliyyə maxinasiyalarını birbaşa nəzarəti öz əlinə keçirəcək. Çünki Rahil Allahverdiyev Raqub Məmmədovun “formal şöbə müdiri” olacaq.
Qeyd edək ki, Ağdam təhsil şöbəsinin nəzdində 140-a yaxın məktəb var və başçı sinif yoldaşını təyin etdikdən sonra 15 direktoru işdən çıxardaraq onalrın yerinə hər biirndən 10 min manat alsa, 150 min manat, 30 yaxın məktəb var ki, sadəcə adı var, həmin məktəb direktorlarından isə 5 min manat yığsa bu 150 min edir, yerdə qalan 80 məktəb direktorundən 2000 manat yığsa bu isə 160 min manat edir. Yəni icra başçısı Rahili şöbə müdiri təyin etməklə 450 min manatq qazana bilər.
Məqalədəki iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Gunxeber.com