"Bakçell" müştəriləri belə soyur

28-05-2015, 12:13           
"Bakçell" müştəriləri belə soyur
Mobil operator istifadəçisi 1 manat kontur kredit götürüb daha sonra həmin borcu ödədikdə balansdan 1 manat 20 qəpik əvəzinə əlavə 30-40 qəpik çıxılır

Daim vətəndaşların şikayət və təkliflərini işıqlandıran BTV-yə növbəti kütləvi şikayət “Bakcell “mobil operatoru ilə bağlı daxil olub.
Şikayətçilərin sözlərinə əsasən, balansa 1 manat yüklədikdə 96 qəpik yüklənir. Demək olar ki, bu hal tez –tez təkrarlanır .Bundan başqa müştərilərin balansından hər gün səbəbsiz olaraq kontur çıxılır. BTV-nin məlumatına görə, bundan başqa kredit xidmətində də istehlakçıları aldadırlar. Belə ki , mobil operator istifadəçisi 1 manat kontur kredit götürüb daha sonra həmin borcu ödədikdə balansdan 1 manat 20 qəpik əvəzinə əlavə 30-40 qəpik çıxılır.
BTV olaraq ,bütün bu sadalanan şikayətləri əsas tutaraq,paytaxt sakinlərinin fikrini öyrənməyə çalışdıq . Görək “Bakcell “mobil operator istifadəçiləri ən çox hansı problemlərlə üzləşir?
[media=https://www.youtube.com/watch?v=s6yelHxPC4s]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.