Kərəm Həsənovun kadrı Ucar sakinindən 3000 manat istəyir

28-05-2015, 23:08           
Kərəm Həsənovun kadrı Ucar sakinindən 3000 manat istəyir
Dağlar Orucov atasından qalma torpağı özəlləşdirmək üçün DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarovun əlində «əsir qalıb»

Ucar rayonu, Ş.Qurbanov küçəsi, ev 49 ünvanında yaşayan Dağlar Orucov Dövlət Əmlakını İdarəedilməsi Komtəsinin yerli qurumundan şikayətçi düşüb. Daha doğrusu, Orucov Dövlət Əmlakının Resyteri Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarovun əlində «əsir qaldığını»nı vurğulayır.

JAM.AZ-a müraciət edən Ucar sakini bildirir ki, problemə səbəb 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarovun ondan 3000 manat rüşvət istəməsidir. «Ədalət Cabbarovai 3000 manat rüşvəti verə bilmədiyim üçün 6 aydır süründürməçiliyə, özbaşınalığa məruz qalmışam».

O qeyd edir ki, 1963-cü ildə Ucar rayonu, Ş.Qurbanov küçəsində yerləşən, dövlət tərəfindən inşa edilmiş yaşadığı mənzil atası tərəfindən 1990-cı ildə özəlləşdirilib. «Həmin vaxt mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsi də özəlləşdirilmişdi.Valideyinlərim 2012-ci ildə dünyalarını dəyişiblər. Ailəmizdə 3 bacı, bir qardaş olmuşuq. Bacılarımın razılığı ilə həmin mənzili mənim adıma sənədləşdirmək üçün Ucar rayon Notariusunda müvafiq sənədləşdirmələr apardıq və reyestr çıxarışı almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinə təqdim etdim. Mənə 80 manat dövlət rüsumu ödətdirdilər, evimə baxış keçirildi, qiymətləndirmə aparıldı və reyestr çıxarışı verilməsi üçün əlavə məndən 3000 manat pul istənildi. Buna imkanımın olmadığını bildirdik də mənə dedilər ki, atan 1990-cı il tarixdə mənzili özəlləşdirsə də, yerləşdiyi torpaq sahəsini özəlləşdirməyib. Buna görə də mümkün deyil. Kadastr planı almalısan ki, bunu da Torpaq Komitəsi verir. Həmin komitəni də ləğv ediblər».

Dağlar Səfərov daha sonra yazır ki, 6 aydır süründürməçiliyə məruz qalıb. Və ardından da idarə rəisinə ağır ittihamlar irəli sürüb: «DƏDRX-nin 16 sayı ərazi idarəsinin rəisi Ədalət Cabbarov çəkinmədən vətəndaşlardan rüşvəti açıq-aşkar özü istəyir. Sanki bu adam dövlət idarəsini özəlləşdirib.Onun belə qanunsuz əməllərindən vətəndaşlar əziyyət çəkirlər».

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.