«Araz» Marketlərdən müştərilər şikayət edirlər ŞİKAYƏTÇİLƏR VAR

29-05-2015, 13:19           
«Araz» Marketlərdən müştərilər şikayət edirlər ŞİKAYƏTÇİLƏR VAR
GUNDEMİNFO.AZ-a şikayət edən bir qrup vətəndaş «Araz» marketlər şəbəkəsindən şikayətçidirlər. Müraciət edən vətəndaşlar bildirirlər ki, Abşeron rayonu Maazxır qəsəbəsində yerləşən iki böyük marketdə vətəndaşlar arasnıda yüksək xidmət adı ilə təbliğat aparan market rəhbərliyi əslində heç də vədlərinə əməl etmirlər. Bu marketlərdə isti havıa şəraitinin yaşanmasına baxmayaraq soyuducuların bir qismi demək olar ki, işləmir.

Narazı vətəndaşlar bildirirlər ki, market rəhbərliyi iri pivə istehsalçıları ilə anlaşaraq ayrıseçkilik salırlar. Məsələn yay mövsümünün başlanmasından xeyli müddət keçməsinə baxmayaraq hələ də «Araz» Marketlərdə soyuducular işləmir. Yalnız Novxanıda istehsal edilən «Starapraqa» pivələrinin yerləşdirildiyi soyuducular işləyir. Digər, məsələn «Baltika Baku»nun istehsal etdiyi «Xırdalan» və digər çeşidlərinin yerləşdirildiyi soyuducular isə işləmir. Redaksiyamıza şikayət edən vətəndaşlar bildirirlər ki, bu marketlərdə həmçinin də kassalarda alınmış malların qablaşdırılması işi üçün də işçilər yoxdur. Digər iri market lərdən fərqli olaraq «Araz» kassaya qədər aldığı malları daşıyan istehlakçı, elə kassada ödənişi etdikdən sonra özü çətinliklə də olsa torba taparaq qablaşdırmanı həyata keçirir. Bu isə kassalarda eyni anda iki istehlakçının yaxınlaşması ilə problemlərin yaşanmasına səbəb olur. Bütün bu şikayətlərlə bağlı kassaların önündə qoyulmuş «Şikayət və təkliflər» poçtuna da dəfələrlə müraciət edən istehlakçılara sayqısızlıq edilir.
Mövzu ilə bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.