"Diaqnoz" Tibb Mərkəzinə girəndə cibinizi bərk tutun

29-05-2015, 15:15           
"Diaqnoz" Tibb Mərkəzinə girəndə cibinizi bərk tutun
"Diaqnoz" Tibb Mərkəzində özbaşınalıq baş alıb gedir. Sözügedən tibb ocağının fəaliyyətində ciddi nöqsanlar yaşanır. Bizə verilən məlumata görə, baş həkim burada çalışan həkimlərdən heç bir əsas göstərmədən maaşlarının müəyyən hissəsini kəsir. Bu məsələ həkimlərin xoşuna gəlməyib. Hətta deyilənə görə həkimlərin müəyyən hissəsi buna etirazını bildirib.

Onların bəziləri evdə xəstə valideynin, övladının olduğunu dilə gətirərək maaşının kəsilməsindən narazı olduğunu bildirib. Lakin onların etirazına məhəl qoyan olmayıb. Ümumiyyətlə, sözügedən səhiyyə ocağında nəinki həkimlərə, eləcə də xəstələrə qarşı münasibət həddindən artıq soyuqdur. Xəstələri soğan kimi soymasalar, əl çəkmirlər. Xəstədən istədiklərini alana qədər xəstənin başına pərvanə kimi fırlanırlar. Ta ki xəstədən istədiklərini aldılar, xəstəylə maraqlanan olmur. Bundan başqa burada həkimlər bir-birilərinə xəstə təşkil edirlər. Bir həkim yanına getdikdə, həmin həkim xəstəni bütün həkimlərin yanına göndərir. Bu yolla bütün həkimlər qazanc əldə edirlər.

Amma biçarə xəstəni düşünən yoxdur ki, bəlkə onun maddi imkanı buna yetməyəcək. Hətta həkimlərin dərman firmalarıyla işbirliyi var. Xəstələrə yalnız firma dərmanları məsləhət görürlər. Xəstəyə gələn dəfə gələndə dərman qutularını da gətirərsiniz deyirlər. Belə hallar onu göstərir ki, istər dövlət, istərsə də özəl xəstəxanalarda əksər həkimlər öz ciblərini güdürlər. Xəstənin sağlamlığı onlar üçün sonuncu sıradadır. Həm dövlət, həm də özəl xəstəxanalarda vəziyyət öz məcrasından kənara çıxıb. Ancaq vətəndaşları aldadırlar, onların hüquqlarını tapdalayırlar, onları incitməklə məşğuldurlar. Xüsusilə televiziya vasitəsilər özlərini reklam edən özəl səhiyyə ocaqları vətəndaşları aldadaraq özlərinə müştəri toplayırlar. Amma bu xəstəxanaya bir dəfə üz tutan ikinci dəfə buraya üz tutmaqdan qaçır. Çünki özəl klinikaların əksəriyyəti vətəndaşların etibarından sui-istifadə edirlər.

Xatırladaq ki, sözügedən klinikada mövcud problemlər, o cümlədən qiymətlərin yüksək olması, tibbi xidmətlərin keyfiyyətsizliyi, həkimlərin qeyri-peşəkar olması və vergidən yayınma hallarının üzə çıxması barədə məlumat vermişdik. Lakin hələ də "Diaqnoz" tibb mərkəzi barədə ölçü götürən yoxdur. Səhv diaqnozlarla vətəndaşın həyatını məhv edirlər. Redaksiyamıza daxil olan şikayət ərizəsində bildirilir ki, səhv diaqnoz nəticəsində insanlar həyatlarıyla vidalaşmalı olublar. Çünki səhv diaqnoz səhv müalicə deməkdir. Səhv müalicə də insanı məhvə doğru aparır. Bu da qeyri-peşəkar həkimlərin səhvi ucbatından baş verir.

Bundan başqa özəl klinikalara xaricdən mütəxəssis dəvət edirlər və həmin həkimləri elə formada təqdim edirlər ki, istər-istəməz həmin həkimin qəbuluna düşmək istəyirsən. Lakin dəfələrlə şahidi olmuşuq ki, əksəriyyəti deyildiyi kimi peşəkar deyillər. Hətta burun-boğaz həkimini androloq kimi təqdim edənlər də var. Ölkəmizdə xaricdən gələn həkim tərəfindən əməliyyat olunan xəstələr olub və dünyasını dəyişib. Ona görə də özəl klinikaların əksəriyyəti xaricdən həkim gətirərərək səhiyyə ocağının imicini qaldırmaq istəyirlər. Bununla da xəstəxanaya çoxlu müştəri cəlb etməklə qazanc əldə etmək istəyirlər. Lakin bunun qurbanları da az olmur. Əksəriyyət xəstələr belə reklamların qurbanı olurlar. Nəticədə isə səhiyyə ocağına olan inam sarsılır.

Qeyd edək ki, "Diaqnoz" Tibb Mərkəzində laboratoriya, şüa-diaqnostika,ginekologiya, nevrologiya, stomatologiya, endokrinologiya, kardiologiya, LOR, fizioterapiya, qastroenterologiya, cərrahiyyə, oftalmologiya, urologiya, reanimasiya və intensiv terapiya, pediatriya, travmatologiya, təcili yardım, dəri-zöhrəvi, andrologiya, proktologiya, terapiya şöbələri fəaliyyət göstərir. \\ gundelik-baku.com \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.