Yanan binanı təmir edən şirkət dəyişdirildi

31-05-2015, 16:37           
Yanan binanı təmir edən şirkət dəyişdirildi
Aprelin 10-da Xətai rayonu Zığ yolu 16 ünvanında yanan 9 mərtəbəli binanı təmir edən şirkət dəyişdirilib.

Lent.az xəbər verir ki, bu barədə Xətai RİH-in başçısı Razim Məmmədov bildirib. Belə ki, sakinlər məlum yanğın hadisəsindən sonra binalarında aparılan təmir işlərinin keyfiyyətindən narazılıqlarını bildirmişlər.

Eyni zamanda Binəqədi rayonunda baş vermiş yanğın ilə əlaqədar sakinlərə ayrılmış kompensasiyanın onlara da şamil olunmasını xahiş ediblər.

Bir qrup zərərçəkəni qəbul edən icra başçısı onların qaldırdıqları bu məsələlərlə bağlı əlaqədar təşkilatlar qarşısında vəsatət qaldırıldığını deyib. O, əlavə edib ki, artıq təmir işləri digər bir şirkətə həvalə edilib.

Həmçinin sakinlərin diqqətinə çatdırılıb ki, bütün bu məsələlər dövlət başçısının və rayon icra hakimiyyətinin birbaşa nəzarəti altındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru