Hazırda elə yüksək vəzifəli məmurlar var ki, onların 5-10 milyon manatlarla kredit borcu va

2-06-2015, 11:17           
Hazırda elə yüksək vəzifəli məmurlar var ki, onların 5-10 milyon manatlarla kredit borcu va
Azərbaycan Beynəlxalq Bankdan yüz milyonlarla kredit alan və geri qaytarmayan iş adamları haqqında başlanmış istintaqla bağlı hər gün yeni məlumatlar yayılır, müxtəlif versiyalar üzrə proses davam etdirilir.

Gün keçdikcə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında dindirilənlərin siyahısı genişlənməkdədir. Maraqlıdır ki, bu məsələdə təkcə iş adamlarının deyil, həm də məmurların adı hallanır.

İstintaqa çağırılan bəzi iş adamları kredit borclarının olduğunu artıq etiraf ediblər. Və hətta onların krediti geri qaytarmaq üçün sərf etdikləri çabalar da gözlərdən qaçmır.

Modern.az saytının əldə etdiyi məlumata görə, hazırda elə yüksək vəzifəli məmurlar var ki, onların 5-10 milyon manatlarla kredit borcu var, amma bu barədə ictimaiyyətin bilgisi yoxdur...

Beynəlxalq Banka külli miqdarda kredit borcu olan vəzifə sahibləri sırasında hətta nazirlər və komitə sədrlərinin də olduğu vurğulanır.

O da qeyd olunur ki, “Beynəlxalq Bank işi” ilə bağlı məsələ gündəmə gətirildikdən sonra həmin məmurlar bərk qorxuya düşüb, çıxış yolu axtarmaqdadırlar.

Etibarlı mənbədən əldə etdiyimiz digər xəbərdə bildirilir ki, hətta bir neçə məmur və deputat övladı kredit borcunu qaytarmadığına görə həbs edilib, yalnız borcu ödədikdən sonra azad olunublar.

Ekspertlər qlobal maliyyə böhranının hökm sürdüyü, neftin qiymətində ciddi dəyişmələrin baş verdiyi bir vaxtda bankların döviyyəsini artırmaq üçün hüquqi və fiziki şəxslərin kredit borclarını mütləq surətdə geri qaytarmalarını tövsiyyə edirlər.

Aldığımız son məlumata görə, kredit alıb qaytarmayanlar 1 ay ərzində hər şeyi qanun çərçivəsində həll edəcəklərinə dair iltizam veriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.