Liseylərdə şıdırğa pul yığımı davam edir- 9 saylı Bakı Peşə Liseyində korrupsiya burulğanı

2-06-2015, 12:45           
Liseylərdə şıdırğa pul yığımı davam edir- 9 saylı Bakı Peşə Liseyində korrupsiya burulğanı
Bir müddət əvvəl öz işində yol verdiyi nöqsanlara görə 9 saylı Bakı Peşə Liseyinin direktoru Şərif Hacıyev tutduğu vəzifədən azad olunub. Liseyə rəhbərlik isə 6 saylı peşə liseyinin direktoru Alik Allahverdiyevə həvalə olunub.

Dosye.org yazır ki, 9 saylı Bakı peşə liseyinə rəhbərliyin məhz Alik Allahverdiyevə tapşırılması hansısa məqsədlərə xidmət edir. Onun 6 saylı liseydə direktor kimi göstərdiyi fəaliyyəti bu müəssisənin pedaqoji və şagird heyətinin ciddi narazılıqları ilə müşayiət olunur. Belə olduğu halda, 9 saylı peşə liseyində hansı “uğurlara” imza atacağı sual doğurur.
Bildirilir ki, 9 saylı liseydə şagirdlərin valideynlərindən mütəmadi olaraq ən müxtəlif bəhanələrlə pul yığılır. Məktəb yeni direktoru tərəfindən şəxsi kommersiya obyekti kimi istismar olunmaqdadır.
Vurğulanır ki, lisey üzrə dərslərə davamiyyət olduqca aşağı səviyyədədir. Digər tərəfdən isə məktəb jurnallarındakı qeydlər müəssisənin aktiv fəaliyyət göstərməsini, şagirdlərin burada zəngin biliklərə və peşə vərdişlərinə yiyələndiklərini israrla sübut edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.