Fərhad Qəribov üçün yolun sonu göründü – ÖZÜ DANIŞIR

2-06-2015, 15:52           
Fərhad Qəribov üçün yolun sonu göründü – ÖZÜ DANIŞIR
Milli Məclisdə təmsil olunan bəzi biznesmen-deputatların bu dəfə mandat almayacağı, seçki marafonundan kənarda qalacağı barədə məlumat vermişdik.

Xüsusən son parlament seçkilərində ilk dəfə mandat alan biznesmen-deputatların passiv fəaliyyəti, Milli Məclisin istər plenar, istərsə də komitə iclaslarında bircə dəfə çıxış etməməsi, seçicilərlə təmasdan yayınması, ictimai rəyə açıq olmaması onların növbəti seçkilərdə namizəd olmayacaqları ilə bağlı ehtimalları artırıb.

Editor.az-ın əldə etdiyi məlumata görə, seçkilər yaxınlaşdıqca bu yöndə müzakirələr artır və ilk olaraq biznesmen-deputat Fərhad Qəribova bununla bağlı xəbərdarlıq olunub.

“Biznesmen-deputat qarşıdakı seçkilərdə namizədliyini irəli sürməmək tövsiyyə olunub” deyən mənbəmiz qeyd edir ki, Fərha Qəribov əvvəlcə buna etiraz etsə də, sonda reallıqla barışmaq məcburiyyətində qalıb.

Xatirladaq ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı həbs olunan oliqarxlar arasında biznesmen-deputatın oğlu Elnur Qəribov da yer alırdı.

Deputatın “Şəki” restoranlar şəbəkəsinin, lisenziyası ləğv olunmuş Debut Bankın rəhbəri olduğu bildirilir.

Editor.az məsələyə millət vəkili Fərhad Qəribovun özündən münasibət öyrənib.

Portalımıza açıqlamasında millət vəkili bu barədə məlumatsız olduğunu deyib:

“Deputatı seçicilər seçir. Ötən seçkilərdə də məni seçicilər seçib. Bundan artıq nəsə demək fikrim yoxdur. Vaxtım yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.