“Təzə Bazar”da təzə qanunsuzluq

2-06-2015, 16:42           
“Təzə Bazar”da təzə qanunsuzluq
“Təzə Bazar” qalmaqalı davam edir.

TİA.AZ xəbər verir ki, bazarın sahibi olan Vaqif Şıxəliyev qanunsuz əməllərinə son qoymayıb və ona “gözün üstə qaşın var” deyən yoxdur.
Bazarı zorakılıq yolu ilə ələ keçirməsi uzun müddət gündəmdə olsa da, Şıxəliyevin cəzasız qalması onun yeni qanunsuzluqlara sövq edib. Belə ki, bazar sahibinin bu ərazidə yerləşən obyekti sökərək, ərazini ələ keçirməsi haqda məlumat daxil olub. Həmin məlumatda sökülən obyektin bütün sənədlərinin qaydasında olmasına baxmayaraq V.Şıxəliyevin mülkiyyətçinin hüquqlarını pozduğu və onu aldatdığı bildirilir.
Belə ki, sahibkarın ölkədə olmamasından istifadə edərək Təzə Bazar rəhbəri obyekti sökdürüb. Sonradan sahibkarla söhbətdə ona 3 milyon kompensasiya verəcəyini bildirsə də bu vədinə əməl etməyib. Əksinə, öz haqqını müdafiə etmək istəyən sahibkarı hədələyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.