Son dövlər kərə ýağının qiyməti niyə durmadan artır?

Dünən, 16:24           
Son dövlər kərə ýağının qiyməti niyə durmadan artır?
Sizə şikayətim kərə yağları ilə bağlıdır. Bildiyiniz kimi son dövlər kərə ýağının qiyməti durmadan artır. Hal hazırda kərə yağının 1 kq-nın qiyməti 23-37 manat arasında dəyişir. İqtisadçılar qiymət artımının səbəbini ölkəmizin idxaldan asılı olmasında yerli istehsalın az olmasında görürlər bu yalandır və pafoslu açıqlamadan başqa bir şey deyil. Kərə yağlarının qiymətinin baha olmasının və durmadan artmasının səbəbi ölkəyə kərə yağı idxal edən idxalçı şirkətlərin barmaqla sayılacaq qədər az olmasıdır. Yəni supermarketlərdə gördüyünüz bütün kərə yağlarını ölkəyə barmaqla sayılacaq qədər az idxalçı şirkət gətirir və onların arasında rəqabət yoxdur.

Bu yaxınlarda mediada Fransa-nın President kərə yağının qiymətinin Gürcüstan və Ermənistanla müqayisədə baha olduğu haqqında xəbər verilmişdir. Bunun səbəbi Gürcüstan-da 30-dan çox idxalçı şirkətin ölkəyə yağ idxal etməsi və onların arasında rəqabət mühitinin olmasıdır. Nəyinki Gürcüstan və Ermənistan bütün Sovetlər Birliyi ölkələri idxaldan asılıdır və yerli istehsal çox azdır sadəcə bizdən fərqli olaraq onlarda rəqabət mühiti var. Hətta iqtisadçıların dediyi kimi yerli istehsal yetəri qədər olsa belə əhalinin əksəriyyəti keyfiyyət məsələsinə görə etibar edib yerli istehsal olan kərə yağı almaz. Çünki hər il ölkəyə onminlərlə ton palma yağı idxal olunur.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə 2024-cü ildə ölkəyə 65 min ton palma yağı idxal olunub. Bu rəqəm 2023-cü illə müqayisədə 42% çoxdur yəni ölkəyə palma yağı idxalı hər il sürətlə artırılır. Belə olan halda kim zəmanət verə bilərki əhalinin aldığı yerli istehsal olan kərə yağına kərə yağı adı altında palma yağı qatılmayacaq? Şəxsən mən heç vaxt evimə yerli istehsal olan kərə yağı və Azərsun və Delta Group-un guya Yeni Zellandiyadan idxal olunub burda qablaşdırdığı halbuki Yeni Zellandiyanın özünün o yağlardan xəbəri olmadığı Best Cow, Dayaruşka, Wellington, Novaya Zemilya, No 47 və s. yağları almaram. Elə Qida Təhlükəsizliyi Agentliyinin son dövrlər yerli istehsal olan “kərə” yağlarında apardığı yoxlamalar mənim və əhalinin əksər hissəsinin haqlı olduğunu göstərdi. Beləki yerli istehsal olan əksər kərə yağlarında kərə yağı adı altında tərkibində bitki yağı olduğu üzə çıxdı. Tam əminliklə deyə bilərəm ki Qida Təhlükəsizliyi Agentliyinin adlarını açıqlamadığı digər yerli istehsal olan kərə yağlarıda o vəziyyətdədir. Üstəlik Qida Təhlükəsizliyi Agentliyinin apardığı son yoxlamalar üzə çıxardı ki, Əli Cəfərova məxsus həmin saxta kərə yağlarına nəyinki kərə yağı adı altında bitki yağı qatılıb həmçinin tərkibində bütün dünyada qadağan olunan kərə yağına ümumiyyətlə qatılması qadağan olunan Sorbil və Benzol turşuları aşkar olunub ki, bu maddələr birbaşa xərçəng xəstəliyinə səbəb olur. Birdə bir çox supermarketlərin və idxalçı şirkətlərin Yeni Zellandiyada, Belarus və Ukraynadakı süd zavodlarında sifarişlə istehsal etdirdikləri üzərlərinə müxtəlif adlar qoyub satdıqları yağlarda ayrı bir dərddir.

Ümumdünya Səhiyyə Təşkilatının və EFSA-nın təhlükəli və kanserojan hesab etdiyi ölkəmizə isə hər il sürətlə həcmi artırılaraq idxal olunduğu palma yağlarının nəticəsidir ki, bu gün ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ürək damar xəstəliklərinə görə ilk 10-luqda yer alıb. Əvvəllər Belarusiya və Ukrayna yağları ilə Qərb ölkələrinin istehsalı olan kərə yağları arasında qiymət fərqi var idisə yəni Belarusiya və Ukrayna kərə yağının qiyməti 10 il öncə 1 kq 13-14 manat, Qərb ölkələrinin istehsalı olan kərə yağları 16 manatdan başlayırdısa indi isə Belarus və Ukrayna istehsalı olan yağda Qərb ölkələri istehsalı olan yağda 1 kq-ı 23 manatdan başlayır. Birdə əvvəllər Bakıda çoxlu Rusiya, Belarus süd məhsulları mağazaları var idi ki, supermarketlərdə idxalçı şirkətlərin idxal etdiyi 1 kq 14 manatdan başlayan yağları Belarus mağazalarında 1 kq 12-13 manata almaq mümkün idi bu mağazalar monopolist idxalçıların yuxusunu əməlli başlı qaçırtmışdı. Həmin vaxt supermarketlərdə məcbur olub kampaniya keçirib 1 kq 12-13 manata salırdılar. İdxalçılar nə etdilərsə son dövrlər Bakıda Rusiya, Belarusiya mağazalarının sayı kəskin şəkildə azaldı.

Hal-hazırda qalan Rusiya, Belarusiya mağazalarındakı qiymətlər elə supermarketlərdəki qiymətlərlə eynidir. Dediyim kimi kərə yağının qiymətinin ucuzlaşması üçün indiki kimi 5-6 yox, qonşu ölkələrdəki kimi 30-40-dan çox idxalçı şirkət ölkəyə yağ idxal etməlidir. Belə olan halda həm keyfiyyət yüksələcək həm rəqabət güclənəcək, həmdə qiymətlər aşağı düşəcək. Çox təssüfki 17 illik maneədən sonra ötən ilin 1 iyul tarixindən Rəqabət Məcəlləsi qüvvəyə minsədə 10 aya yaxındır ki, nəyinki bu sahədə ümumiyyətlə heç bir sahədə inhisarçılıq monopoliya ilə bağlı müsbətə doğru dəyişiklik olmayıb.
İlkin Məmmədkərimov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.