Bu göstəricilər olmadan taksi işləyənlərin cərimələnməsinə başlanılıb
Dünən, 16:14
“Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirənlər cərimə edilir. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sözügedən qaydanı pozan taksi sürücüləri İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci maddəsinə əsasən, 50 manat məbləğində cərimələnirlər.
Xatırladaq ki, aprelin 10-da paytaxtın Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində ağır yol qəzası baş verib. “Bolt” taksi xidmətində istifadə olunan avtomobil yüksək sürətlə körpünün istinad divarlarına çırpılıb. Hadisə iki nəfər xəsarət alıb. “Bolt” isə qəzanı törədən avtomobilin buraxılış kartının aprelin 8-də ləğv olunduğunu açıqlayıb.